SOCAR rəhbərliyi Sumqayıtda emal müəssisələrində olub 

15:24 24.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

SOCAR-ın prezidenti Rövşən Nəcəf şirkətin Sumqayıt şəhərində yerləşən emal müəssisələrində həyata keçirilən transformasiya proqramı ilə yaxından tanış olub.

Hafta.az xəbər verir ki, səfər zamanı yenidənqurma layihələri nəticəsində müəssisələrin xammal təminatının və keyfiyyətinin artırılması istiqamətində görülən işlər, tətbiq edilən texnologiyalar və maliyyə effektləri barədə məlumat verilib.

Görüşdə, həmçinin gələcək hədəflər də müzakirə edilib.